Hər kəs mükəmməl ola bilər.Ehtiyac duyduğumuz tək şey sevgi dolu bir ürək və gücünü sevgidən alan bir ruhdur
***
Gözlərdə yaş yoxdursa,ruh göyqurşağına sahib ola bilməz.
(Qırmızıdərili atalar sözü)
***
Qədərin amansız olması deyildir problem,çünki insan bir şeyi inadla istəyərsə onu əldə edər.Qorxunc olan istədiyimiz şeyi əldə etdikdən sonra ondan bezməmizdir. O zaman günahı qədərdə deyil,öz istəyimizdə axtarmalıyıq.
***
Bahar:insanın uşaqlığına baş qaldırması,üsyan etməsidir.Bütün qadınların kiçik bir qız,bütün kişilərin kiçik bir oğlan uşağı olduğu,birlikdə "dəcəllik" etdiyi mövsümdür.Havada gəzən bu səbəbsiz sevinc dəcəllik istəyindən başqa bir şey deyildir.
***
Həyatı anlamağa başladığın andır dayana bilmək ayaq üstündə…Problem də budur onsuz da…Başqasıyla olmaq,başqasının olmaq deyil.Öz başına başqasıyla,başqasıyla özün olmaq…
***
Küləyin istiqamətini dəyişdirə bilmirsinizsə yelkənlərinizi dəyişdirin.Çünki:dünya sizin qarşılaşdığınız fırtınalarla deyil, gəmini limana çatdırıb çatdımadığınızla maraqlanar
***
Ola bildiyincə Unutmaq və Gülmək:xatırlayıb da kədərlənməkdən daha yaxşıdır
***
Sabah,geri qalan ömrümün ilk günüdür
***
Gülümsəmə-dodaqlarınla edə biləcəyin ən yaxşı ikinci şeydir
***
Yaşlılıq sizi EŞQƏ qarşı qorumaz.Amma EŞQ,bir müddətlik sizi YAŞLANMAQDAN Qoruyar
***
Köynəyin ilk düyməsi səhv düymələnilincə digərləri də səhv gedər.
C. BRUNO
***
Söz ürəkdən çıxarsa ürəyə qədər gedər,dildən çıxarsa qulağı keçə bilməz.
(Ərəb atalar sözü)
***
Eşitmək istəməyən qədər pis kar yoxdur.
(Italyan atalar sözü)
***
Sabah bambaşka bir insan olacağam deyirsən.Niyə bu gündən başlamırsan?
EPIKTETOS
***
İnsan uçurumun kənarına çatmadan qanadlanmaz.
KAZANCAKIS
***
Vicdanı tərtəmiz idi,çünki onu heç istifadə etməmişdi.
S. LEC
***
Bildiyimizi zənn etməmiz öyrənməyimizin ən böyük düşmənidir.
DR.C.BERNARD
***
Kiçik şeylərə çox əhəmiyyət verənlər əllərindən böyük şeylər gəlməyənlərdir.
ƏFLATUN
***
Insan ancaq anladığı şeyləri eşidər.
E
***
Iki növ insan daim acdır.Biri elmi axtaran,digəri də pulu.
CAT STEVENS
***
Təmiz əlləri olan insanların da çirkli düşüncələri vardır.
S. LEC
***
Kapitanın ustalığı dəniz durğunkən aydın olmaz.
LUKIANOS
***
Ətraflarına uyğun gəlmək üçün özlərini yonanlar,tükənib gedərlər
R. HULL
***
Ən insani davranış,bir insanın utanılacaq vəziyyətə düşməsini önləməkdir
NETZSÇE
***
Həyatda ölümdən daha pis bir şey varsa,o da qürursuz yaşamaqdır.
***
Yaxşı görünməyə çalışacağına olduğun kimi görün
***
Hər kəsin üç şəxsiyyəti vardır:Ortaya çıxardığı,sahib olduğu,sahib olduğunu sandığı.
Alphonse Karr
***
Şanssızlığa dözə bilərik,çünki çöldən gəlir və tamamilə təsadüfidir.Halbuki həyatda bizi əsl yaralayan,etdiyimiz səhvlərə heyfslənməkdir.
Oscar Wilde
***
Boş zaman yoxdur,boşa keçən zaman vardır.
Tagore
***
Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın.Dost istəsəniz,buraxın,dostlarınız sizi keçsin.
La Rochefoucauld
***
İyirmi yaşındakı bir insan,dünyanı dəyişdirmək istər.Yetmiş yaşına gəlincə,yenə dünyanı dəyişdirmək istər,amma edə bilməyəcəyini bilər.
***
Böyük sıçrayışı reallaşdırmaq istəyən,bir neçə addım geriyə getmək məcburiyyətindədir.Bu gün sabaha,dünənlə bəslənərək yol açar.
Bertolt Brecht
***
Cəhalətlə dahilik arasındakı gerçək fərq nədir bilirsinizmi?Dahiliyin sərhədləri var cəhalətinsə heç bir sərhədi yoxdur.
Whoopi Goldberg
***
Pulunuzla dünyanı satın ala bilməzsiniz amma sevginizlə dünyalar sizin olar….
Məhəmməd Bozdağ
***
Aşa bilməyəcəyinizi düşündüyünüz maneəyə dözə bilməzsiniz…
Məhəmməd Bozdağ
Hiç yorum yok:
Yorum Gönder